Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İran Silahlı Qüvvələrinin tərkibində müharibəni aparan bölmə olan Xatəm əl-Ənbiya Mərkəzi Qərargahının sözçüsü polkovnik İbrahim Zülfiqari ABŞ prezidenti Donald Trampa müraciət edərək müharibənin nəticəsinin sosial media paylaşımları ilə müəyyən edilə bilməyəcəyini bildirib.
Tezadlar.az xəbər verir ki, X sosial media hesabında paylaşılan videoda sözçü Zülfiqari prezident Trampa ingilis dilində müraciət edib.
Trampın İrana hücumlar haqqında paylaşımlarına toxunan və müharibənin nəticəsinin sosial media paylaşımları ilə müəyyən edilə bilməyəcəyini bildirən Zülfiqari deyib: “Müharibənin nəticəsi sizin və qüvvələrinizin yaxınlaşmağa cəsarət etmədiyi, lakin tvitlərinizdə qeyd edə biləcəyiniz döyüş meydanında müəyyən edilir.”
Zülfiqari həmçinin ABŞ-ın İrana hücumlara verdiyi adı lağa qoyaraq deyib: “Bu müharibəni “Epik qəzəb” əvəzinə “Epik qorxu” adlandırmaq daha yaxşı olardı.”
E.ŞİRİNOV