Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

ABŞ-ın vitse-prezidenti J.D.Vens ABŞ prezidenti Donald Trampın İrana qarşı hərəkətlərini dəstəkləyib.
Tezadlar.az bildirir ki, o, Ağ Evdə keçirilən tədbirdə jurnalistlərə açıqlama verib.
O, Trampın İranın nüvə silahına sahib olmamalı olduğunu daim bildirib. O, prezidentin mövqeyi ilə razılaşdığını vurğulayıb.
“Düşünürəm ki, əsas fərqlərdən biri odur ki, indi ağıllı prezidentimiz var, halbuki əvvəllər axmaq prezidentlərimiz olub və mən Prezident Trampın bunu həll edəcəyinə inanıram”, – Vens deyib.
“Politico” daha əvvəl Vensin İrana hücum qərarından əvvəl də İslam Respublikasına qarşı hərbi əməliyyat ideyasına şübhə ilə yanaşdığını bildirmişdi. Tramp administrasiyasının bir rəsmisi Vensin “nəticədən narahat olduğunu” və İranla müharibəyə “sadəcə qarşı çıxdığını” bildirib.
E.ŞİRİNOV