17 Mart 2026 / 09:15

Siyarto Almaniyadan gələn təhdiddən danışdı

Macarıstanın xarici işlər naziri Peter Siyarto Almaniyanın Budapeşti Ukrayna ilə bağlı mövqeyinə görə ciddi nəticələrlə hədələdiyini bildirib.

Tezadlar.az bildirir ki, o, bu açıqlamanı Brüsseldə keçirilən Aİ Şurasının iclasından sonra verib.

Nazirin sözlərinə görə, Almaniyanın xarici işlər naziri Yohann Vadeful sərt təhdid edib. İddialara görə, almanlar Macarıstanın Ukrayna məsələsində milli maraqlarını müdafiə etməsinə qarşı olduqlarını açıq şəkildə bildiriblər.

Siyarto qeyd edib ki, Almaniya Budapeştin Kiyevə 90 milyard avroluq kredit və Ukraynanın Avropa Birliyinə daxil olmasını dəstəkləməməsi halında uzunmüddətli nəticələrlə hədələyib. Xarici işlər naziri bildirib ki, diplomat avropalı həmkarlarının bu cür açıqlamalarını görünməmiş adlandırıb.

Onun fikrincə, bu, Brüsselin Avropanı Ukraynadakı münaqişəyə cəlb etmək cəhdləri ilə bağlıdır.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!