Əsas məzmuna keç

İraq tankerlərin Hörmüz boğazından keçməsi üçün İrandan icazə istəyib

İraq hakimiyyəti bir neçə İraq tankerinin Hörmüz boğazından keçməsi üçün icazə almaq məqsədilə İranla danışıqlar aparır.

Tezadlar.az bildirir ki, bu barədə neft naziri Hayyan Əbdül Qani məlumat verib.

İNA xəbər agentliyi nazirin sözlərinə istinadən bildirib ki, “İranla bir neçə İraq neft tankerinin keçməsi ilə bağlı danışıqlar aparılır”.

Martın 11-də İran Silahlı Qüvvələrinin Mərkəzi Qərargahının sözçüsü Xatəm əl-Ənbiya bildirib ki, İran dünya neft ixracatının təxminən beşdə birinin keçdiyi Hörmüz boğazından ABŞ və müttəfiqləri ilə əlaqəli heç bir neft yükünün keçməsinə icazə verməyəcək. Martın 15-də o, Tehranın rəqibini təslim olmağa məcbur etmək üçün boğazda gəmiçilik hərəkətinə nəzarət də daxil olmaqla, hər hansı bir vasitəyə əl atacağı barədə xəbərdarlıq edib.

E.ŞİRİNOV   

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…