Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
17 Mart 2026 / 13:36

“Münaqişə tərəfinə çevrilməyəcəyik”

 Almaniya Xarici İşlər naziri Vadeful: “Yaxın gələcəkdə münaqişənin (ABŞ və İsrailin İrana qarşı müharibəsi) fəal tərəfinə çevriləcəyikmi? Xeyr. Hörmüz boğazında təhlükəsizliyin yeganə təminatı İranla dialoq qurmaqdır”

 İranın Azərbaycandakı səfirliyindən tezadlar.az-a verilən məlumata görə  Almaniyanın Hörmüz boğazındakı missiyası müharibəyə  etiraz edir: “Münaqişə tərəfinə çevrilməyəcəyik”

Bu sözləri  Almaniya Xarici İşlər naziri Vadeful, Avropa İttifaqının “Aspides” dəniz missiyasının Hörmüz boğazına qədər genişləndirilməsi ehtimalı ilə bağlı ARD kanalının sualını cavablandırarkən deyib: “Yaxın gələcəkdə münaqişənin (ABŞ və İsrailin İrana qarşı müharibəsi) fəal tərəfinə çevriləcəyikmi? Xeyr. Hörmüz boğazında təhlükəsizliyin yeganə təminatı İranla dialoq qurmaqdır.”

İranın Xarici İşlər Naziri Seyid Abbas Əraqçi, xarici siyasət idarəsinin sözçüsünün ənənəvi həftəlik mətbuat konfransına qatılaraq jurnalistlərə açıqlama verib: “Dünən gecə Amerikanın CBS telekanalına verdiyim müsahibədə bir daha vurğuladım ki, tərəfimizdən heç bir mesaj göndərilməyib və atəşkəs tələbi irəli sürülməyib. Lakin bu müharibə bir daha təkrarlanmayacaq şəkildə sonlandırılmalıdır.”

 Seyid Abbas Əraqçi: “İsrail ekoloji cinayətlərinə görə cəzalandırılmalıdır” 

Xarici İşlər Naziri qeyd edib ki, Tehrandakı yanacaq infrastrukturunun İsrail tərəfindən hədəfə alınması beynəlxalq hüquq normalarının kobud şəkildə pozulmasıdır və ekoloji cinayət hesab olunur: “Vətəndaşların sağlamlıq və rifahı uzunmüddətli zərərlərə məruz qalacaq; torpaq qatının və yeraltı su resurslarının çirklənməsi nəsillər boyu davam edəcək qlobal fəsadlar doğura bilər.”

Beynəlxalq analitiklərin ABŞ-ın strateji qərarsızlığına dair təhlili: 

Beynəlxalq analitiklər ABŞ rəsmilərinin son bəyanatlarını şərh edərək bildiriblər ki, Vaşinqton administrasiyası hələ də İranla müharibəni yekunlaşdırmaq üçün vahid və rasional bir strategiya hazırlaya bilməyib. Bəzi dairələr hərbi təzyiqin artırılmasını vacib bilsə də, digər bir qrup müharibənin miqyasının genişlənməsi və regiondakı qeyri-müəyyən nəticələr barədə ciddi xəbərdarlıq edir. Ekspertlərin qənaətinə görə, bu fikir ayrılıqları ABŞ-ın qərar qəbul etmə mexanizmindəki “strateji çaşqınlığın” bariz nümunəsidir. Belə bir şəraitdə, müharibə uzunmüddətli xarakter alarsa, İran öz asimmetrik gücündən, regional müttəfiqlər şəbəkəsindən və raket çəkindirmə potensialından istifadə edərək ABŞ və müttəfiqləri üzərindəki təzyiqi kəskin artıra bilər. Analitiklər vurğulayırlar ki, çıxış strategiyasının (exit strategy) olmaması müharibəni “aşınma müharibəsinə” çevirə bilər; bu isə tarixdə böyük hərbi güclər üçün xərcli ssenari hesab olunur.

Trampın müharibə səlahiyyətlərinin yenidən məhdudlaşdırılması

  Tramp 2008-ci ildə: “Yalan bəhanələrlə Yaxın Şərqə hücum edən hər kəs impiçment edilməlidir.”

ABŞ Nümayəndələr Palatasında Demokratların azlıq lideri Hakim Ceffris MSNBC kanalına bildirib ki, palata Prezident Donald Trampın İrana qarşı hərbi səlahiyyətlərini məhdudlaşdıran qətnaməni yenidən səsverməyə çıxaracaq. Əvvəlki səsvermədə “əleyhinə” səs vermiş bəzi demokratların bu dəfə qətnaməni dəstəkləməyə hazır olduqları bildirilir.

 Avstraliya və Yaponiya 

Anadolu Agentliyinin məlumatına görə, Avstraliya və Yaponiya Hörmüz boğazının təhlükəsizliyini təmin etmək məqsədilə Yaxın Şərqə gəmi göndərmək planlarının olmadığını açıqlayıblar.

– Tehran Təcili Tibbi Yardım İdarəsinin hesabatı: 

Tehran Təcili Tibbi Yardım İdarəsinin rəhbəri Məhəmməd İsmayıl Təvəkküli televiziya proqramında bildirib ki, ABŞ və İsrailin hücumları nəticəsində indiyədək 5700 nəfər yaralanıb, 503 nəfər həyatını itirib. O deyib: “Təəssüf ki, həyatını itirənlər arasında 2 aylıq körpədən 12 yaşlı uşağa qədər 12 azyaşlı var. Yaralıların 85%-ni mülki vətəndaşlar, qadınlar və uşaqlar təşkil edir.” Təvəkküli bu müharibənin şiddətini “12 günlük müharibə” ilə müqayisə edərək əlavə edib: “Təcili yardım sisteminə dəyən zərər misilsizdir. 22 məntəqə tamamilə sıradan çıxıb, 21 ambulans məhv edilib. 3 tibbi maşınımız xidmət zamanı hədəfə alınıb, bir maşınımız isə birbaşa raket zərbəsi ilə vurulub ki, bu da bütün beynəlxalq konvensiyalara zidd olan hərbi cinayətdir”.

 Rövşanə Nağıyeva

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!