18 Mart 2026 / 07:18

Ərbildə çoxsaylı partlayışlar eşidilib

İraqın Ərbil şəhərindəki ABŞ Baş Konsulluğunun yaxınlığında və Serbesti məhəlləsində çoxsaylı partlayışlar eşidilib.

Kamikaze dronları ilə Ərbilə edilən hücumdan sonra hava hücumundan müdafiə sistemləri işə salınıb.

Şəhərdə bir sıra partlayışlar eşidilib.

Tezadlar.az xəbər verir ki, yerli media hücumda istifadə edilən dronların hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirildiyini bildirib.

İraq Kürdüstan Regional Hökuməti hələlik məsələ ilə bağlı açıqlama verməyib.

İranın ABŞ və İsrail hücumlarına qarşı qisas aldığı ilk gündən bəri Ərbildə hər gün partlayışlar eşidilir və hava hücumundan müdafiə sistemləri işə salınıb.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!