Əsas məzmuna keç

Yaxın Şərq münaqişəsinə son qoymaq Amerikanın iradəsindən asılıdır – Əraqçi

Yaxın Şərq münaqişəsinə son qoymaq Amerikanın iradəsindən asılıdır.

Tezadlar.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.

“İnanıram ki, müharibəyə son qoymaq amerikalıların iradəsindən asılıdır, onlar öz hökumətlərini daha ağlabatan bir yol seçməyə inandıracaqlar”, – deyə o, “Əl-Cəzirə”yə verdiyi müsahibədə bildirib.

Əraqçi həmçinin Tehranın qonşu ölkələrdəki mülki hədəflərə hücum etmədiyini vurğulayıb.

Daha əvvəl ABŞ prezidenti Donald Tramp NATO ölkələrini Vaşinqtonun İrana qarşı hərbi əməliyyatını dəstəkləməkdən imtina etdiklərinə görə tənqid etmişdi.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…