18 Mart 2026 / 17:22

İsrail İrana qarşı yeni bir tədbir hazırlayıb

İsrail kəşfiyyat xidməti Mossadın agentləri İran komandirlərinə zəng edərək şəxsən onlardan İslam Respublikasında “üsyana başlamağı” tələb edib və onları qisasla hədələyiblər.

Tezadlar.az bildirir ki, “The Wall Street Journal” (WSJ) yeni tədbir barədə məlumat verib.

Məqalə müəllifləri telefon danışığından bir fraqmentə istinad ediblər. Orada bir İsrail agenti İran komandiri ilə fars dilində danışaraq müqaviməti dayandırmasını tələb edib.

“Məni eşidirsinizmi? Biz sizin haqqınızda hər şeyi bilirik. Siz bizim qara siyahımızdasınız və sizin haqqınızda bütün məlumatlar bizdədir. Sizi əvvəlcədən xəbərdar etmək üçün zəng etdim ki, xalqınızın yanında olmalısınız. Əgər belə etməsəniz, taleyiniz öz liderinizlə eyni olacaq”, – qəzet Mossad agentlərindən birinin sözlərindən sitat gətirib.

Bir müddət əvvəl İsrail Müdafiə Qüvvələri (İMQ) bir israilli və bir amerikalı pilot arasındakı söhbəti dərc etmişdi. Söhbət zamanı sonuncu İrana qarşı güclü zərbələr endirilməsinə çağırıb. İsrailli hərbçi amerikalı həmkarına bildirib ki, İsrail Hərbi Hava Qüvvələri ABŞ Hərbi Hava Qüvvələri ilə birlikdə işləməkdən şərəf duyur. O, həmçinin amerikalı pilotların əla iş gördüklərini söyləyib.

E.ŞİRİNOV 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!