Bu gün gözlənilməz halda İsrail Müdafiə Qüvvələri (IDF) İranın kəşfiyyat naziri Seyid İsmayıl Xətibi öldürüldüyünü rəsmən elan edib. Tezadlar.az Haber-Türk-ə istinadla xəbər verir ki, ötən gecə saatlarında İsrail Hərbi Hava Qüvvələri kəşfiyyat məlumatları əsasında Tehrana hədəflənmiş zərbə nəticəsində İranın kəşfiyyat nazirini məhv edib. Açıqlamada xatırladılıb ki, Xətib 2021-ci ildə Əli Xamenei tərəfindən kəşfiyyat naziri təyin edilib, rejiminin repressiyalarını və terror fəaliyyətlərini dəstəkləməkdə əsas rol oynayan İran kəşfiyyat Nazirliyinə nəzarət edib.
İran hakimiyyəti isə hələki bu faktı təsdiqləməyə tələsmir.







