Əsas məzmuna keç

Pezeşkian: “Dərin matəmə qərq olduq”

İran Prezidenti Məsud Pezeşkian kəşfiyyat idarəsinin rəhbəri İsmayıl Xətibin həlak olduğunu təsdiqləyib.

Bu barədə Tezadlar.az Pezeşkianın “X” hesabındakı paylaşımına istinadən xəbər verir.

“Əziz həmkarlarım İsmayıl Xətib, Əli Laricani və Əziz Nəsirzadənin, həmçinin onların bir neçə ailə üzvlərinin və yaxınlarının öldürülməsi bizi dərin matəmə qərq etdi.

Nazirlər Kabinetinin iki üzvünün, Şura katibinin, həmçinin hərbi komandirlər və “Bəsic” komandirlərinin şəhid olması ilə əlaqədar böyük İran xalqına başsağlığı verirəm. Əminəm ki, onların yolu əvvəlkindən daha möhkəm şəkildə davam etdiriləcək”, – o yazıb.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…