Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Xarici işlər naziri Hakan Fidan Azərbaycan, Pakistan, Qətər, İordaniya, Səudiyyə Ərəbistanı və İranın xarici işlər nazirləri ilə görüşlər keçirib.
Tezadlar.az xəbər verir ki, diplomatik mənbələrdən əldə edilən məlumata görə, Türkiyənin xarici işlər naziri Hakan Fidan Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda Pakistanın Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Əl-Sani, İordaniyanın xarici işlər naziri Əymən əs-Səfədi və Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan Əl-Səud ilə son regional inkişafların müzakirə olunduğu “Regional ölkələrin nazirlərinin görüşü” çərçivəsində ayrı-ayrı görüşlər keçirib.
Nazir Hakan Fidan həmçinin İranın xarici işlər naziri Abbas Əraqçi ilə telefon danışığı aparıb. Söhbət zamanı müharibənin gedişi müzakirə olunub.
E.ŞİRİNOV