Əsas məzmuna keç

İran yatmışdı, siz onu oyatdınız və fırtına başlayacaq – Qalibaf

İran Parlamentinin sədri Məhəmməd Bağır Qalibaf ABŞ-İsrail hücumlarında ölənlərin ardından İranda yeni bir inqilabın baş verdiyini iddia edərək, “İran yatmışdı, siz onu oyatdınız. Fırtına başlayacaq. Fırtına!” – deyib.

Tezadlar.az xəbər verir ki, Qalibaf bu açıqlamanı ABŞ-da yerləşən sosial media platformasında ABŞ-İsrail hücumlarında İran rəsmilərinin ölümü ilə bağlı edib.

Qalibaf ABŞ-İsrail hücumlarında ölən Əli Xamenei, Əli Laricani və Məhəmməd Pakpur kimi minlərlə insanın İranın içindən çıxacağını söyləyərək əlavə edib: “Bu, şişirtmə deyil, baxın, başqa bir inqilab baş verdi və küçə-küçə fəth etdi.”

Qalibaf çıxışını belə yekunlaşdırıb: “İran yatmışdı, siz onu oyatdınız. Fırtına başlayacaq. Fırtına!”

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…