Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Rusiya bu dəfə danışıqlarda bir addım da geri çəkildi. “Rusiya-ABŞ-Ukrayna üçtərəfli qrupun işi dayandırılıb”,- deyən rəsmi Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib ki, təhlükəsizlik məsələləri üzrə Rusiya-ABŞ-Ukrayna üçtərəfli işçi qrupunun işinə fasilə verilib. Bununla belə, Peskov Rusiya və Ukrayna arasında məhbus mübadiləsinin təşkili üzrə işlərin davam etdiyini, Rusiya Prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyevin iqtisadi məsələlər üzrə ABŞ tərəfi ilə əlaqə saxladığını söyləyib.
Tezadlar.az xatırladır ki, bu ilin əvvəlindən bəri Rusiya-ABŞ-Ukrayna üçtərəfli danışıqlarının üç raundu keçirilib. Ən sonuncusu 17-18 fevral tarixlərində Cenevrədə baş tutub. Dördüncü görüş martın əvvəlinə planlaşdırılıb, lakin Yaxın Şərqdəki münaqişə səbəbindən təxirə salınıb.
Müharibə isə davam edir.