19 Mart 2026 / 10:55

Müğənni Ququş İran xalqına müraciətində görün nələri xahiş etdi-İNANILMAZ

Azərbaycan mənşəli, məşhur iranlı müğənni Ququş Bahar bayramı münasibətilə İran xalqına müraciət edib. Tezadlar.az xatırladır ki, müraciətdə deyilir: “İslam Respublikası təxminən 47 ildir ki, İran kimliyimizi silmək ümidi ilə sevimli Çərşənbə-suri (Novruz ərəfəsində qədim od bayramı – red.) ənənələrimizi ləğv etmək üçün əlindən gələni edib. Lakin hər il bu cəhdləri boşa çıxıb. Bu il, hətta ən ağrılı qırğınlardan sonra belə, cəsur xalqımız yenə də meydanlara çıxdı. İnsanlar ocaqların üzərindən atılaraq “Zərdi-ye mən əz toh, sorxi-ye toh əz mən” (Mənim solğunluğum sənə, sənin al rəngin mənə – red.) sədaları səsləndiriblər. Bu, bizim mövcud rejimin kölgəsi altında qeyd etdiyimiz son bayram olacaq. Gələn il hamımız birlikdə azad İranda bayram edəcəyik!”.

Ququşun bu müraciəti İranda coşqu ilə qarşılanıb.

ququs
ququs

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!