20 Mart 2026 / 19:24

SON DƏQİQƏ: Ermənistan müharibəyə hazırlaşır?

Paşinyan yeni müharibəyə hazırlıqların təfərrüatlarını açıqlayıb

Ermənistan müxalifəti Azərbaycanla sülh müqaviləsinin yenidən nəzərdən keçirilməsini istəyir ki, bu da qaçılmaz olaraq yeni bir hərbi əməliyyatlara səbəb olacaq.

Tezadlar.az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.

“Azərbaycanla sülh müqaviləsinin yenidən nəzərdən keçirilməsi və ya güc tətbiq edilməsi barədə danışıqlar Ermənistanı qaçılmaz müharibəyə aparır”, – o, video müraciətində bildirib.

Onun sözlərinə görə, bunu hazırda “Alliance Ermənistan” müxalifət blokunun lideri olan keçmiş Ermənistan prezidenti Robert Köçəryanın qüvvələri istəyir.

Paşinyan dünən – 19 martda Ermənistanın müharibəyə hazırlıqlarını elan edib. O, bu cür bəyanatların əslində xarici qüvvələr tərəfindən yazıldığına və daxili müxalifətin sadəcə onları oxuduğuna əminliyini ifadə edib.

Əvvəllər Köçəryan vurğulamışdı ki, İrəvan və Bakı arasındakı vəziyyətin sülh yolu ilə həlli təhlükəsizlik zəmanətlərinə əsaslanmalıdır. O, döyüşə hazır ordu, güclü lider və etibarlı müttəfiqin bunu təmin edə biləcəyini vurğulayıb.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!