Əsas məzmuna keç

İran Tehran üzərində pilotsuz təyyarənin vurulduğunu elan etdi

ABŞ və İsrailin hücumuna məruz qalan İranın paytaxtı Tehran üzərində silahlı pilotsuz uçuş aparatının (PUA) vurulduğu bildirilib.

Tezadlar.az xəbər verir ki, bu barədə “Fars” Xəbər Agentliyi İran ordusunun yazılı açıqlamasını dərc edib.

“Düşmən İsrail-ABŞ qüvvələrinə məxsus PUA Tehran üzərində hər hansı bir əməliyyat keçirməzdən əvvəl vurulub məhv edilib”, – bəyanatda deyilir.

Bildirilib ki, ABŞ-İsrail İrana hücumlarının başlanğıcından bəri müxtəlif tipli 127 pilotsuz uçuş aparatı vurulub.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…