30 Mart 2026 / 14:55

ABŞ vasitəçilərlə danışıqlara hazır olduğunu bildirib?

Bu gün ABŞ Pakistan və digər ölkələr vasitəsilə İrana danışıqlar aparmağı təklif edib. Tezadlar.az  İRNA agentliyinin teleqram kanalına istinadən verdiyi xəbərə görə, bunu İran XİN-in sözçüsü İsmayıl Bəqai bildirib. Sitat: “Danışıqların sonuncu raundundan etibarən biz bəzi vasitəçilərdən, o cümlədən Pakistandan ABŞ-nin danışıqlara hazır olmasına dair mesajlar alırdıq”, – o qeyd edib. Bəqai bildirib ki, indiyədək İran tərəfi ABŞ ilə birbaşa təmasda olmayıb. Bundan başqa, o, ABŞ-nin münaqişənin həlli üçün təklif etdiyi 15 bənddən ibarət planın qeyri-real olduğunu deyib. “Müxtəlif adlar altında bizə ötürülən materiallar, məsələn, 15 bənd qeyri-real, məntiqsiz olmaqla yanaşı, özündə çoxsaylı tələbləri də ehtiva edirdi”, – Bəqai vurğulayıb.

ABŞ isə xüsusi təyinatlılarını körfəzə daşıyır…

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!