Bu gün ABŞ Pakistan və digər ölkələr vasitəsilə İrana danışıqlar aparmağı təklif edib. Tezadlar.az İRNA agentliyinin teleqram kanalına istinadən verdiyi xəbərə görə, bunu İran XİN-in sözçüsü İsmayıl Bəqai bildirib. Sitat: “Danışıqların sonuncu raundundan etibarən biz bəzi vasitəçilərdən, o cümlədən Pakistandan ABŞ-nin danışıqlara hazır olmasına dair mesajlar alırdıq”, – o qeyd edib. Bəqai bildirib ki, indiyədək İran tərəfi ABŞ ilə birbaşa təmasda olmayıb. Bundan başqa, o, ABŞ-nin münaqişənin həlli üçün təklif etdiyi 15 bənddən ibarət planın qeyri-real olduğunu deyib. “Müxtəlif adlar altında bizə ötürülən materiallar, məsələn, 15 bənd qeyri-real, məntiqsiz olmaqla yanaşı, özündə çoxsaylı tələbləri də ehtiva edirdi”, – Bəqai vurğulayıb.
ABŞ isə xüsusi təyinatlılarını körfəzə daşıyır…
A.Məmmədli







