31 Mart 2026 / 06:11

Qərb Sahilindəki fələstinlilərə evlərini tərk etmələri üçün sistematik təzyiq göstərilir – BMT

Birləşmiş Millətlər Təşkilatı (BMT) işğal olunmuş Qərb Sahilindəki Fələstin torpaqlarını ələ keçirməyə çalışan israillilərin törətdiyi zorakılığın fələstinlilərə evlərini və icmalarını tərk etmələri üçün sistematik təzyiq təşkil etdiyini bildirib.

Tezadlar.az bildirir ki, BMT Baş katibinin sözçüsü Stefan Dujarrik bu məlumatı gündəlik mətbuat brifinqində verib.

Dujarrik bildirib ki, Qərb Sahilindəki Beytləhm yaxınlığındakı Nahalin şəhərində bir fələstinli ailə çöldəki nəqliyyat vasitələrinin yandırılmasından sonra evlərinin içərisində qalıb. O, yanğının söndürüldüyünü və ailənin qonşuları tərəfindən xilas edildiyini bildirib.

“Bu cür hadisələr getdikcə daha tez-tez baş verir və fələstinlilərə evlərini və icmalarını tərk etmək üçün sistematik təzyiq yaradır”, – Dujarrik deyib.

O qeyd edib ki, Fələstin torpaqlarını ələ keçirməyə çalışan israillilərin zorakılığı ölüm, yaralanma və köçkünlüyə səbəb olmaqla humanitar ehtiyacları dərinləşdirir və bu cür qanunsuz hücumlara görə məsul olanların məsuliyyətə cəlb olunmasına çağırıb.

Sözçü həmçinin İsrailin humanitar yardım əməliyyatlarına tətbiq etdiyi həddindən artıq məhdudiyyətlərdən narahatlığını ifadə edərək, İsrailin humanitar əməliyyatlara mane olan siyasətini dəyişdirməli və humanitar yardımın sürətli və maneəsiz çatdırılmasına imkan verməli olduğunu vurğulayıb.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!