31 Mart 2026 / 09:03

BMT Hörmüz boğazından gəmilərin tranziti ilə bağlı hesabat dərc edib

BMT-nin Ticarət və İnkişaf Konfransının hesabatında bildirilir ki, ABŞ və İsrailin birgə İrana qarşı əməliyyatının başlamasından bəri Hörmüz boğazından gündəlik gəmilərin tranziti 95%-dən çox azalıb.

Tezadlar.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Hesabata görə, Yaxın Şərqdəki döyüşlər gəmiçilik marşrutu vasitəsilə nəqliyyatı faktiki olaraq “iflic” edib. Fevralın son həftəsində boğazdan gəmilərin orta gündəlik tranziti 103 olub. Lakin martın əvvəlinə qədər bu rəqəm 10 gəmidən az olub.

“Hörmüz boğazından gəmilərin daşınması iflic olub: tranzit nəqliyyatı 95%-dən çox azalıb və bu da enerji və gübrə təchizatında fasilələrə səbəb olub”, – hesabatda deyilir.

Əvvəllər İranın Hörmüz boğazında yeni bir rejim qurmaq niyyətində olduğu bildirilirdi.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!