Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Dövlət Sərhəd Xidməti yeni tender elanları edib.
Tezadlar.az xəbər verir ki, BUNLAR müxtəlif malların alınması və işlərin həyata keçirilməsi ilə bağlıdır.
Belə ki, taxta kəpəyinin alınması ilə bağlı tenderin ehtimal olunan qiyməti 69 min 950 manatdır. Təkliflərin son təqdim olunma tarixi 16 aprel, tenderdə iştirak haqqı 140 manat, istifadə haqqı isə 25 manatdır.
Yanğından mühafizə və nəzarət sistemlərinin quraşdırılması ilə bağlı tenderin ehtimal olunan qiyməti 1 milyon 206 min 929 manatdır. Təkliflərin son təqdim olunma tarixi 16 aprel, tenderdə iştirak haqqı 600 manat, istifadə haqqı isə 25 manatdır.
Mühəndis materialları, avadanlıqları və işçi alətlərinin satın alınması ilə bağlı tenderin ehtimal olunan qiyməti 1 milyon 24 min 937 manatdır. Təkliflərin son təqdim olunma tarixi 16 aprel, tenderdə iştirak haqqı 600 manat, istifadə haqqı isə 25 manatdır.
Naxçıvan Əlahiddə Sərhəd Diviziyasının 5 mərtəbəli kazarma binasının sağ və orta korpuslarının əsaslı təmiri ilə bağlı tenderin ehtimal olunan qiyməti 1 milyon 599 min 855 manatdır. Təkliflərin son təqdim olunma tarixi 16 aprel, tenderdə iştirak haqqı 600 manat, istifadə haqqı isə 25 manatdır.
Tikinti materialları və avadanlıqlar satın alınması ilə bağlı tenderin ehtimal olunan qiyməti 956 min 756 manatdır. Təkliflərin son təqdim olunma tarixi 24 aprel, tenderdə iştirak haqqı 450 manat, istifadə haqqı isə 25 manatdır.
Dövlət Sərhəd Xidmətinin Şəki Sərhəd Dəstəsinin Bum komendantlığının inzibati binasının əsaslı təmir işləri ilə bağlı tenderin ehtimal olunan qiyməti 562 min 126 manatdır. Təkliflərin son təqdim olunma tarixi 24 aprel, tenderdə iştirak haqqı 450 manat, istifadə haqqı isə 25 manatdır.
Dəftərxana ləvazimatları və dərsliklərin satın alınması ilə bağlı tenderin ehtimal olunan qiyməti 318 min 203 manatdır. Təkliflərin son təqdim olunma tarixi 30 aprel, tenderdə iştirak haqqı 350 manat, istifadə haqqı isə 25 manatdır.
Bayraqların satın alınması ilə bağlı tenderin ehtimal olunan qiyməti 47 min 234 manatdır. Təkliflərin son təqdim olunma tarixi 30 aprel, tenderdə iştirak haqqı 94 manat, istifadə haqqı isə 25 manatdır.
Mərasim qılınclarının satın alınması ilə bağlı tenderin ehtimal olunan qiyməti 60 min 833 manatdır. Təkliflərin son təqdim olunma tarixi 30 aprel, tenderdə iştirak haqqı 122 manat, istifadə haqqı isə 25 manatdır.
Pərdələrin (Cəlüz) satın alınması ilə bağlı tenderin ehtimal olunan qiyməti 71 min 531 manatdır. Təkliflərin son təqdim olunma tarixi 30 aprel, tenderdə iştirak haqqı 143 manat, istifadə haqqı isə 25 manatdır.
Elan olunmuş 10 tenderin ümumi ehtimal olunan qiyməti 5 milyon 918 min 354 manat təşkil edir.
Əlaqələndirici şəxs: Toğrul Qarayev – Satınalma mütəxəsisi / lhajizadeh@itm.gov.az / +994 12 498 01 36