6 Aprel 2026 / 19:15

Azərbaycan 3 qiqavat külək və 1 qiqavat günəş enerjisinin 80 faizini ixraca yönəldəcək

Prezident İlham Əliyev Gürcüstana dövlət səfərinə gəlib. Azərbaycan Prezidentinin Gürcüstanın dövlət başçısı və baş naziri ilə görüşləri olub.
aliyev gurcustan
aliyev gurcustan
 Azərbaycan ilə Gürcüstan arasındakı strateji münasibətlər iqtisadi əlaqələrin daha da dərinləşməsinə imkan yaradıb. 2025-ci ildə ölkələr arasındakı ticarət dövriyyəsi əvvəlki ilə nisbətən 9 faiz artaraq 881.4 milyon dollara çatıb.
Tezadlar.az  xəbər verir ki, bunu iqtisadçı-deputat Vüqar Bayramov bildirib.
O vurğulayıb ki, ümumi ticarət dövriyyəsinin 712.7 milyon dollar Azərbaycandan Gücüstana ixrac, 168.7 milyon dollar isə idxalımızdır.
“Bu o deməkdir ki, qarşılıqlı ticarət dövriyyəsində Azərbaycan 544 milyon dollarlıq müsbət saldoya malikdir.
Orta Dəhlizin cəlbediciliyinin daha da artması Azərbaycan və Gürcüstanın beynəlxalq yükdaşımalar və nəqliyyat qovşaqları kontekstdən əhəmiyyətini yüksəldir. Tərəflərin qarşılıqlı əməkdaşlığı, eyni zamanda “yaşıl enerji” sahəsində daha da dərinləşməkdədir. 2022-ci il dekabrın 17-də Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında “yaşıl enerji”nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in imzalanması bu imkanları daha da genişləndirib. Azərbaycan və Gürcüstan Avropaya “yaşıl enerji” körpüsü salmağa başlayır. 2027-ci ildən sonra istehsal olunacaq illik 3 qiqavat külək və 1 qiqavat günəş enerjisinin 80 faizi ixrac ediləcək.
Bütövlükdə, hər iki ölkənin iqtisadiyyatın çox fərqli sahələrində əməkdaşlığı dərinləşməkdədir. Bu Qafqazda dayanıqlı sülhün qorunması baxımdan da vacib şərtlərdəndir”. – deyə bildirib.
JASMİN

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!