Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

“Atəşgah Həyat Sığorta” ASC 2025-ci ili 10,341 milyon manat xalis mənfəətlə başa vurub.
Tezadlar.az şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 38,2 % çoxdur.
Ötən il “Atəşgah Həyat Sığorta”nın gəlirləri 96,861 milyon manat (əvvəlki ilə nisbətən 24,9 % çox), xərcləri 83,935 milyon manat (23 % çox), mənfəət vergisi ödəmələri isə 2,585 milyon manat (38,2 % çox) təşkil edib.
Bu il yanvarın 1-nə “Atəşgah Həyat Sığorta”nın aktivləri 149,006 milyon manat olub ki, bu da illik müqayisədə 18 % çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 23,6 % artaraq 129,374 milyon manata, balans kapitalı isə 9 % azalaraq 19,632 milyon manata enib.
Xatırladaq ki, “Atəşgah Həyat Sığorta” şirkəti 1998-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 6,5 milyon manat təşkil edır. Şirkətin səhmləri 100 % “Ran-Exim” MMC-yə (“Atəşgah Sığorta” ASC-nin 27 %-lik səhmdarı) məxsusdur.