Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İsrail ordusu Livanın cənubundakı Nəbatiyyə şəhərinə hava hücumunda Livan təhlükəsizlik qüvvələrini vurduğunu etiraf edib.
Tezadlar.az xəbər verir ki, açıqlamada İsrail ordusu Nəbatiyyəyə hava hücumunda 13 təhlükəsizlik işçisinin ölümü ilə bağlı araşdırma başlatdığını açıqlayıb.
Açıqlamada “Hizbullah”ın “hərbi fəaliyyət” üçün istifadə etdiyi binaların hədəf alındığı qeyd edilib və hava hücumlarında Livan təhlükəsizlik qüvvələrinin vurulduğu qəbul edilib.
Açıqlamada “Hadisə araşdırılır” ifadəsi yer alıb.
İsrail ordusu Livanın cənubundakı Nəbatiyyədəki hökumət binasına və bir neçə məhəlləyə hava hücumları həyata keçirib.
Livan Dövlət Təhlükəsizliyi Baş İdarəsinin açıqlamasında İsrailin hədəf aldığı Nəbatiyyə hökumət binasında Nəbatiyyə Regional Dövlət Təhlükəsizlik İdarəsinin də yerləşdiyi bildirilir.
Açıqlamada Livan ərazisində hərbi qulluqçulara və mülki şəxslərə edilən hücumlar pislənib və 13 təhlükəsizlik işçisinin ölümü təsdiqlənib.
E.ŞİRİNOV