Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Avropa İttifaqı (Aİ) Rusiyanın enerji ehtiyatları olmadan yaşaya bilməyəcəyini qəbul etməlidir.
Tezadlar.az xəbər verir ki, Macarıstanın Baş naziri Viktor Orban ATV-yə verdiyi müsahibədə Rusiyanı qlobal iqtisadiyyatdan təcrid etmək cəhdlərini belə qiymətləndirib.
“Onlar Avropanın Rusiya xammalına ehtiyacı olduğunu anlamalıdırlar. Həmçinin Aİ-nin Rusiyanı qlobal iqtisadiyyatdan təcrid etmək iqtidarında olmadığını da başa düşməlidirlər”, – deyə Orban vurğulayıb.
Baş nazir Rusiyanın hazırda Avropadan başqa hər kəsə xammal satmaqla çoxlu pul qazandığını vurğulayıb.
Orban Avropada Rusiyaya qarşı sanksiyalar üzərində böyük bir mübarizənin başladığını elan edib.
Bir müddət əvvəl ABŞ-ın maliyyə naziri Skott Bessent NBC-də çıxış edərkən Vaşinqtonun sanksiyalarının yumşaldılması səbəbindən Rusiyanın gəlirlərinin iki milyard dollar artacağını irəli sürmüşdü.
“Təhlillərimiz göstərir ki, Rusiyanın ala biləcəyi maksimum əlavə məbləğ iki milyard dollardır”, – deyə Bessent bildirib və qeyd edib ki, bu, Rusiya Federasiyasının büdcəsinin bir gününə bərabərdir.
E.ŞİRİNOV