14 Aprel 2026 / 16:44

İranın neft naziri: Neft satışlarımız davam edir

İranın neft naziri Möhsün Paknejad ölkəsinin neft satışlarını davam etdirdiyini və gəlirin bir hissəsinin ABŞ və İsrailin hücumları ilə başlayan müharibənin ölkədə vurduğu ziyanı aradan qaldırmaq üçün istifadə olunacağını bildirib.

Tezadlar.az xəbər verir ki, “Fars” Xəbər Agentliyinin məlumatına görə, nazir Paknejad ölkəsinin neft sektorunun ABŞ-İsrail hücumları zamanı əməliyyatlarını davam etdirdiyini bildirib.

Paknejad İranın əsas neft ixrac terminallarından biri olan Xark adasından ixrac əməliyyatlarının fasiləsiz davam etdiyini söyləyərək əlavə edib: “İsfənddə (20 yanvar-20 fevral) və Fərvərdində (20 fevral-20 mart) neft satışları indiyə qədər ölkə üçün müsbət və ümidverici olub. Neft sənayesi işçiləri öz vəzifələrini fədakarlıqla yerinə yetiriblər”.

Nazir ötən ay İran xam neftinin satış qiymətinin əhəmiyyətli dərəcədə artdığını qeyd edərək, gəlirin bir hissəsinin ABŞ və İsrailin neft obyektlərinə hücumları nəticəsində dəyən ziyanın bərpasına sərf olunacağını qeyd edib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!