Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İngiltərənin “Bornmut” klubunun baş məşqçisi Andoni İraola cari mövsümün sonunda işindən ayrıla bilər.
Tezadlar.az “The Athletic” nəşrinə istinadən xəbər verir ki, 43 yaşlı ispan mütəxəssis karyerasını Avropanın başqa klubunda davam etdirmək niyyətindədir.
İraola 2023-cü ilin yayından etibarən “Bornmut”u çalışdırır. Komanda hazırda İngiltərə Premyer Liqasında mövsümün bitməsinə altı tur qalmış 11-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, İraola daha əvvəl İspaniyada “Rayo Valyekano”, “Mirandes” və Kiprdə AEK komandalarında baş məşqçi kimi fəaliyyət göstərib.