Əsas məzmuna keç

İspan mütəxəssis Bornmutdan ayrılmağa yaxındır

İngiltərənin “Bornmut” klubunun baş məşqçisi Andoni İraola cari mövsümün sonunda işindən ayrıla bilər.

Tezadlar.az “The Athletic” nəşrinə istinadən xəbər verir ki, 43 yaşlı ispan mütəxəssis karyerasını Avropanın başqa klubunda davam etdirmək niyyətindədir.

İraola 2023-cü ilin yayından etibarən “Bornmut”u çalışdırır. Komanda hazırda İngiltərə Premyer Liqasında mövsümün bitməsinə altı tur qalmış 11-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, İraola daha əvvəl İspaniyada “Rayo Valyekano”, “Mirandes” və Kiprdə AEK komandalarında baş məşqçi kimi fəaliyyət göstərib.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…