14 Aprel 2026 / 23:30

Naxçıvanda güzəştli kreditlərin həcmi 20,9 % yüksəlib

Bu ilin I rübündə Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu 163 investisiya layihəsinin maliyyələşdirilməsinə 1,6 milyon manat güzəştli kredit ayırıb.

Bu barədə Tezadlar.az-ın yerli bürosuna Naxçıvanın Nazirlər Kabinetindən bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 20,9 % çoxdur.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!