16 Aprel 2026 / 11:09

16 Aprel: Dünyada Hansı Əlamətdar Günlər Qeyd Olunur?

Bu gün təqvimdə bir neçə fərqli sahəni əhatə edən maraqlı və mühüm günlərlə yadda qalır. Elm dünyasından tutmuş kulinariyaya qədər, 16 aprel tarixində qeyd olunan əsas hadisələri təqdim edirik:

Dünya Bioloqlar Günü

Həyat elmləri sahəsində çalışanların əməyini qiymətləndirmək və biologiyanın insan həyatındakı roluna diqqət çəkmək məqsədilə qeyd olunur. Ekosistemin qorunmasından genetikaya qədər geniş bir sahəni əhatə edən bioloqların peşə bayramıdır.

Dünya Səs Günü 

Səsin insan həyatındakı əhəmiyyətini vurğulamaq və səs sağlamlığı ilə bağlı maarifləndirmə işləri aparmaq üçün təsis edilib. Xüsusilə müəllimlər, müğənnilər və natiqlər üçün səs tellərinin qorunmasının vacibliyi bu gün bir daha xatırladılır.

Dünya “Eggs Benedict” Günü

Kulinariya həvəskarları üçün bu gün beynəlxalq səviyyədə məşhur səhər yeməyi olan “Eggs Benedict” (Benedikt yumurtası) günü kimi tanınır. Bu gün bir çox restoranlarda bu ləzzətli təamın müxtəlif variantları təqdim olunur.

Dünya Yörüklər Günü

Yörük mədəniyyətinin yaşadılması və yayla köçlərinin başlaması ilə əlaqələndirilən bu xüsusi gün, qədim türk gələnəklərinin və köçəri həyat tərzinin unudulmaması məqsədini daşıyır.

Qeyd: Bu tarixdə həmçinin xalq təqviminə görə “Qu fırtınası” (Kuğu Fırtınası) kimi tanınan təbiət hadisəsinin də başladığı bildirilir.

Səbinə Bağırova 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!