16 Aprel 2026 / 18:42

1945-ci ilin kabusu: bir şəhər necə məhv oldu

1945-ci ilin yayında baş verən hadisə dünya tarixində ən faciəvi səhifələrdən biri kimi yadda qalıb.

Tezadlar.az xəbər verir ki, dünya müharibəsinin son günlərində adi başlayan bir səhər qısa müddətdə dəhşətli dönüş nöqtəsinə çevrilib.

ABŞ tərəfindən Yaponiyanın Hiroşima şəhərinə “Little Boy” adlı atom bombası atılıb. Partlayış anında yaranan güclü işıq və istilik dalğası şəhəri demək olar ki, məhv edib, minlərlə insan bir anda həyatını itirib.

Lakin faciə bununla bitməyib. Partlayışdan sonra yayılan radiasiya sağ qalan insanların həyatını uzun illər boyu təhlükə altında saxlayıb. Şüalanmanın təsiri nəticəsində çoxsaylı insanlar müxtəlif xəstəliklərdən əziyyət çəkib.

Bu hadisə təkcə bir şəhərin yox olması deyil, eyni zamanda bəşəriyyət üçün yeni – nüvə dövrünün başlanğıcı kimi tarixə düşüb. Hiroşimada baş verənlər insanın yaratdığı gücün nə qədər dağıdıcı ola biləcəyini bütün dünyaya göstərib.

Sözügedən hadisənin videocanlandırması yenidən diqqətləri həmin dəhşətli hadisəyə yönəldib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!