ABŞ prezidenti Donald Tramp tərəfindən elan edilən İsrail və Livan arasında 10 günlük müvəqqəti atəşkəs qüvvəyə minib.
Tezadlar.az xəbər verir ki, 10 günlük atəşkəs Livanda yerli vaxtla saat 00:00-da başlayıb.
ABŞ prezidenti Tramp tərəflərin 10 günlük atəşkəs barədə razılığa gəldiyini açıqlamışdı.
Lakin İsrailin Baş naziri Binyamin Netanyahu atəşkəsi qəbul etdiklərini, lakin Livanın cənubundakı işğal olunmuş ərazilərdə qalacaqlarını bildirib.
E.ŞİRİNOV







