Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
17 Aprel 2026 / 10:34

Azərbaycanın xam neft və qaz ixracından əldə etdiyi gəlir azalıb – SƏBƏB İSƏ…

2026-cı ilin ilk 3 ayı ərzində Azərbaycandan 4 milyard 540 milyon 205 min dollarlıq neft-qaz sektoruna daxil olan mallar ixrac edilib.

Tezadlar.az  bu barədə  Dövlət Gömrük Komitəsinin aylıq hesabatında bildirilir.

2025-ci ilin ilk 3 ayı ərzində Azərbaycandan 5 milyard 613 milyon 979 min dollarlıq neft-qaz sektoruna daxil olan mallar ixrac edilmişdi. Beləliklə, ixracın dəyəri 1 milyard 73 milyon 774 min dollar  və ya 19,1% azalıb.

Xam neft ixracı dəyər ifadəsində 835 milyon 944 min dollar və ya 33,4% azalaraq 2 milyard 500 milyon 709 min dollara, təbii qaz ixracı isə 322 milyon 411 min dollar və ya 14,6% azalaraq 1 milyard 883 milyon 209 min dollara düşüb.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!