Əsas məzmuna keç

Ukrayna Rusiyadan daha güclü olmaq istəyir

Ukraynanın strateji məqsədi Rusiyadan daha güclü olmaqdır.

Tezadlar.az xəbər verir ki, “Novosti.Live”-ın məlumatına görə, bunu respublikanın Baş naziri Yuliya Sviridenko deyib.

“Strateji məqsədimiz iqtisadi cəhətdən daha güclü, müdafiə baxımından daha güclü və bir çox sahədə Rusiyadan daha güclü olmaqdır”, – Sviridenko bildirib.

Onun sözlərinə görə, ukraynalılar sülh istəyirlər, lakin bu, təhlükəsizlik zəmanətlərinə əsaslanmalıdır.

Daha əvvəl Ukraynada prezident Volodimir Zelenski və Baş nazir Yuliya Sviridenkonun hökumətinə qarşı sui-qəsd hazırlandığı bildirilirdi.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…