Qərb dövlətləri həmişə keçmiş sovet respublikalarını Rusiyaya qarşı təhrik ediblər.
Tezadlar.az xəbər verir ki, bu barədə Belarus prezidenti Aleksandr Lukaşenko RT-yə eksklüziv müsahibəsində bildirib.
“Qulaq asın, siz (Qərb – RED.) həmişə bizi, Ukraynanı və digər postsovet respublikalarını Rusiyaya qarşı təhrik etmisiniz. Siz həmişə təhrik etmisiniz. Zelenski bunu bilirdi. O, bunu bilirdi – mən də bunu bilirdim və indi də bilirəm”, – deyə dövlət başçısı vurğulayıb.
Əvvəllər Lukaşenko bildirib ki, ABŞ Rusiyaya qarşı silahla heç nə edə bilməz – bunu İrandakı münaqişə də sübut edir.
E.ŞİRİNOV







