Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Bu gün təqvimdə bir neçə mühüm hadisə ilə yadda qalır. 18 aprel tarixi bütün dünyada mədəni irsin qorunmasından tutmuş, rabitə və media sahəsinə qədər müxtəlif mövzularda özəl gün kimi qeyd edilir.
Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü (Dünya Miras Günü): ICOMOS-un təşəbbüsü ilə qeyd olunan bu günün əsas məqsədi bəşəriyyətin ortaq mədəni irsinin qorunması və tarixi abidələrin gələcək nəsillərə ötürülməsi barədə cəmiyyətdə məlumatlılığı artırmaqdır.
Dünya Radiohəvəskarları Günü: Texnologiya və rabitə həvəskarlarının beynəlxalq həmrəylik günüdür. Bu gün simsiz rabitə sahəsində çalışan və bu işi hobbiyə çevirən milyonlarla insanı bir araya gətirir.
Dünya Köşə Yazarları Günü: Media dünyasının görünməyən qəhrəmanları olan köşə yazarlarının əməyini qiymətləndirmək və onların cəmiyyətə təsirini vurğulamaq üçün qeyd edilən xüsusi bir gündür.
Səbinə Bağırova