Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Türkiyənin məşhur simalarından olan Çiğdem Sabancı 56 yaşını Kapadokyada möhtəşəm və dəbdəbəli şəkildə qeyd edib.
Kapadokyanın sehrli atmosferində keçirilən ad günü məclisi, təkcə atmosferinə görə deyil, həm də xərclərə görə məşhurlar və biznes dünyasında bir nömrəli müzakirə mövzusuna çevrildi.
Tezadlar.az türk mediasına istinadən xəbər verir ki, ötən həftəsonu keçirilən bu xüsusi tədbir üç gün davam edib. Sabancı, təxminən 30-a yaxın dostunu dəvət etdiyi doğum günü üçün Kapadokyada yerləşən butik otellərdən birini tam şəkildə bağlatdırıb.
Qonaqlar üçün hazırlanmış proqram, lüks atmosfer və eksklüziv xidmətlər tədbiri sosial dairələrdə ən çox danışılan məclislərdən birinə çevirib. Gecənin ən diqqətçəkən məqamı isə məşhur sənətçi Özcan Denizin səhnə alması olub.
Xüsusilə Sabancının doğum günü üçün çıxış edən ifaçının bu performans qarşılığında təxminən 5 milyon lirə (təxminən 189489 manat) qonorar aldığı bildirilir.
Qeyd edək ki, məşhur iş adamı Erol Sabancının qızı Çiğdem Sabancı Bilen 1970-ci ildə Adanada anadan olub. O, 1977-ci ildən 1979-cu ilə qədər Şişli Terakki Orta Məktəbində, daha sonra isə Askot Orta Məktəbində Heathfield Məktəbində təhsil alıb.
1983-cü ildə International School of Geneva Senior High School-dan məzun olub. 1984-1986-cı illər arasında Fisher Junior College, Boston-Bilen Mass-Turizm və Marketinq kurslarını bitirib. Həmçinin 1984-cü ildən 1986-cı ilə qədər Corciya ştatının Atlanta şəhərindəki Reinhardt Kollecində İncəsənət Tarixi və Psixologiya kurslarını bitirib.
Faruk Bilen ilə evli olan Çiğdem Sabancı iki uşaq anasıdır. 2005-ci ildə Türkiyənin ən yaxşı vergi ödəyiciləri siyahısında 21-ci yerdə qərarlaşıb. İngilis, fransız və italyan dillərində sərbəst danışan Çiğdem Sabancı Bilen 2012-ci ildə Türkiyənin ən varlı insanlar siyahısında 36-cı yerdə qərarlaşıb.