20 Aprel 2026 / 01:49

Netanyahu İranla münaqişədə “yeni inkişaflar” elan etdi

İranla müharibə bitməyib; “yeni inkişaflar” hər an mümkündür.

Tezadlar.az xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu hökumətin mətbuat xidməti tərəfindən yayımlanan açıqlamada bildirib.

“Biz çox şeyə nail olmuşuq. Amma bu, son deyil və hər an yeni inkişaflar baş verə bilər. Amma əminəm ki, mənəvi möhkəmliyimiz və tərəfdaşlığımız, ABŞ ilə böyük tərəfdaşlığımız sayəsində məqsədlərimizə çatacağıq və dünyanın azad xalqlarına daha çox işıq və ümid gətirəcəyik”, – Netanyahu bildirib.

Əvvəllər ABŞ prezidenti Donald Trampın 22 apreldə başa çatan İranla münaqişədə atəşkəs sazişini uzada biləcəyi bildirilirdi.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!