Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
20 Aprel 2026 / 12:15

İran ABŞ-la danışıqlara bu şərtlə gedəcək-SON DƏQİQƏ

İran parlamenti ABŞ ilə danışıqlar aparmaq üçün nümayəndə heyətini Pakistana göndərəcəyi şərtləri açıqlayıb. İran nümayəndə heyəti, Amerika tərəfindən müsbət siqnal aldığı təqdirdə, ABŞ ilə iki həftəlik atəşkəs bitməzdən əvvəl yeni danışıqlar üçün İslamabada gedəcək. Bu barədə İslam Respublikası parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin rəhbəri İbrahim Əzizi məlumat verib. Əl-Cəzirəyə görə, o, bunun yaxın bir-iki gün ərzində baş verə biləcəyini bildirib. “Biz heç vaxt danışıqlar prinsipindən qorxmamışıq. Ola bilsin ki, bu gün və ya sabah əlavə qiymətləndirmədən sonra – Amerika danışıqlar qrupu və İrandan aldıqları mesajlara müsbət siqnal verəcəyi təqdirdə, bunu ehtimal olunan hesab edəcəyik”, – deyə  İbrahim Əzizi vurğulayıb. Ötən gün  gün ABŞ  Amerika nümayəndə heyətinin İranla danışıqların ikinci mərhələsində iştirak etmək üçün İslamabada uçduğunu açıqlamışdı. ABŞ-ın BMT-dəki daimi nümayəndəsi danışıqların 24 saat ərzində bərpa olunacağını bildirsə də, İran mediası Tehranın yeni danışıqlar mərhələsində iştirak etməkdən imtina etdiyini bildirib.

JASMİN

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!