Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
20 Aprel 2026 / 15:08

Malayziyada dəhşətli yanğın – mindən çox ev yanıb kül oldu

Hüquq-mühafizə orqanlarının məlumatına görə, yanğın yaşayış binalarının təxminən 90%-ni, yəni zərərçəkmiş ərazidə ümumilikdə 1200 evi məhv edib.

Malayziya Federal Respublikasının şərq hissəsində yerləşən Sandakan şəhərində böyük yanğın baş verib, təxminən 1000 ev məhv olub və 9000-dən çox insan evsiz qalıb.

Bu barədə “Bernam” nəşri Rayon Polis İdarəsinin rəisi Corc Abd Rakmana istinadən məlumat yayıb.

Hadisə yerinə gələn yanğınsöndürənlər alovun yayılmasının və daha çox dağıntının qarşısını almağa nail olublar.

Zərərçəkmiş  ərazi rəsmi olaraq fəlakət zonası elan edilib. Mütəxəssislər hazırda yanğının səbəbini araşdırırlar.

Malayziya Mülki Müdafiə Qüvvələri fövqəladə halın nəticələrini aradan qaldırmaq üçün digər müvafiq qurumlarla birgə işləyir.

“Bernam” mənbəsi tərəfindən verilən məlumata əsasən, hazırda heç bir itki qeydə alınmadığını dəqiqləşdirib.

O əlavə edib ki, faciə nəticəsində xəsarət alanlar barədə məlumatlar var.

Rakman hesab edir ki, yaralananların əksəriyyəti əşyalarını xilas etməyə çalışarkən xəsarət alıb.

 

JASMİN

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!