Əsas məzmuna keç

İran mediası: İranın danışıqlarda iştirak etməmək qərarı dəyişməz qalır

İran mediası yazıb ki, Tehranın Pakistandakı danışıqlarda iştirak etməmək qərarı hələ də dəyişməyib.

Tezadlar.az-ın məlumatına görə, “Tasnim” xəbər agentliyi bildirib ki, İranın Pakistandakı danışıqlarda iştirak etməmək qərarı indiyə qədər dəyişməyib.

Açıqlamada ABŞ-ın vitse-prezidenti J.D.Vensin Pakistan danışıqlarında iştirak etməsi xəbərinin İranın qərarına təsir etmədiyi qeyd edilib.

Həmçinin, Hörmüz boğazında davam edən dəniz blokadasının və ABŞ-ın həddindən artıq tələblərinin danışıqların növbəti mərhələsinə maneələr yaratdığı vurğulanıb.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…