Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Hazırda ən ciddi layihə Bilgəh-Novxanı-Xırdalan avtomobil yolu layihəsidir. Bu layihə ilə Sumqayıtdan gələn M1 avtomobil yolunda gərginlik azalacaq.
Tezadlar.az xəbər verir ki, bu barədə AzTV-yə açıqlamasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib.
“Xırdalanın M4 yoluna müxtəlif çıxışlar təmin olunacaq. Beləliklə, “20 yanvar” ətrafında alışdığımız yoldakı gərginlik kifayət qədər azaldılacaq. Bu, Bilgəh-Novxanı-Xırdalan avtomobil yolu layihəsinin əhəmiyyətini göstərir”,-deyə o əlavə edib.
Qeyd edək ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi bir müddət əvvəl bildirib ki, bu problemi azaltmaq üçün Dövlət Proqramı çərçivəsində 3 böyük yol layihəsi həyata keçirilir. Bu layihələrdən biri Bilgəh–Novxanı–Xırdalan–M4 avtomobil yolu olacaq. Yeni yol Abşeron yarımadasının şimal-şərq hissəsini şəhər mərkəzinə daxil olmadan birbaşa magistrallara birləşdirəcək.
Artıq Bilgəh–M4 yolunun tikintisi davam edir və magistralın 2027-ci ildə istifadəyə verilməsi planlaşdırılır. Layihənin ümumi uzunluğu təxminən 29 kilometr, eni isə 6 zolaq olacaq.