Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Təqvimdə 21 aprel tarixi həm elmi, həm yaradıcı, həm də mənəvi baxımdan bir neçə önəmli hadisə ilə diqqət çəkir. Bu gün dünya miqyasında yeniliklər, göy üzünün sirri və insanlıq dəyərləri ön plana çıxarılır.
Ümumdünya Yaradıcılıq və İnnovasiya Günü
BMT tərəfindən qəbul edilən bu günün əsas məqsədi insanları problemlərin həllində yeni yollar tapmağa, yaradıcı düşünməyə və texnoloji yeniliklərə təşviq etməkdir. Bu gün fərqli ideyaların istehsala və inkişafa çevrilməsi üçün bir fürsət hesab olunur.
Ümumdünya Astronomiya Günü
Ulduzlara və kainatın dərinliklərinə marağı olanlar üçün bu gün xüsusi əhəmiyyət kəsb edir. Astronomiya elmini populyarlaşdırmaq, insanlara qalaktikalar və planetlər haqqında daha çox məlumat ötürmək məqsədilə müxtəlif tədbirlər keçirilir.
Ümumdünya Mərhəmət Günü
Bu tarix həm də insanlıq və şəfqət hisslərinin tərənnümüdür. Ehtiyacı olanlara yardım etmək, ətrafdakılara qarşı daha anlayışlı və xeyirxah davranmaq bu günün əsas mesajıdır.
Xalq Təqvimi: “Sittə-i Sövr” Fırtınaları Başlayır
Baharın gəlişinə baxmayaraq, xalq təqviminə görə 21-26 aprel tarixləri “Sittə-i Sövr” (Öküzün altı günü) dövrünə təsadüf edir. Bu 6 günlük müddət kəskin soyuqlar və güclü fırtınaları ilə tanınır. El arasında bu günlər qışın son nəfəsi və təbiətin son sınağı kimi qəbul edilir.
Səbinə Bağırova