21 Aprel 2026 / 11:58

Qızılın qiyməti son 1 həftədə xeyli ucuzlaşdı

Qızılın qiyməti ABŞ və İran nümayəndələrinin sülh danışıqları üzrə görüşəcəyi gözləntiləri fonunda aprelin 13-dən bəri ən aşağı səviyyəyə düşüb.

Tezadlar.az  xəbər verir ki,  qızılın ucuzlaşması davam edir və hazırda bir troya unsiyasının qiyməti 4800 dollar civarındadır. Yaxın Şərqdəki münaqişə başlayandan indiyədək qızılın qiyməti təxminən 8 faiz ucuzlaşıb.

ABŞ-ın qabaqcıl investisiya banklarından olan “Goldman Sachs” və “Citigroup”un analitikləri isə qızılın bir troya unsiyasının qiymətinin 5000-5400 dollara yüksələcəyini proqnozlaşdırırdılar.

Qeyd edək ki, qızılın qiyməti mart ayında 2008-ci ildəki qlobal maliyyə böhranından bəri ən pis aylıq göstərici nümayiş etdirib.

AZƏRTAC

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!