21 Aprel 2026 / 16:15

İranın “kölgə donanması”nın 26 gəmisi ABŞ blokadasını necə yarıb?

Son iki gündə İranın “kölgə donanması”nın ən azı 26 gəmisi ABŞ blokadasını maneəsiz keçib. Tezadlar.az xatırladır ki, “Lloyd’s List Intelligence” belə bir məlumat yayıb. Sitat: “Ötən həftə blokada şərtləri genişləndirildikdən sonra İranla bağlı 10-dan çox gəmi ABŞ-ın nəzarət xəttini keçə bilib. Aprelin 13-dən etibarən İran yükləri daşıyan 11 tanker körfəz bölgəsindən çıxıb. Eyni zamanda, Yunanıstana məxsus yük gəmisi aprelin 15-də İran limanından çıxaraq aprelin 19-da blokada xəttini keçib. ABŞ hərbçiləri 27 gəminin geri qaytarıldığını və İran ticarətinin “tamamilə dayandırıldığını” bəyan etsə də, izləmə məlumatları regionda İranla bağlı “kölgə donanması”na məxsus gəmilərin hərəkətinin davam etdiyini göstərir”.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!