21 Aprel 2026 / 20:30

Azərbaycan yağ və piy ixracını kəskin artırdı

Bu ilin yanvar-mart aylarında Azərbaycandan 9 milyon 890 min ABŞ dolları dəyərində 6 min 880 ton bitki və heyvan mənşəli piylər və yağlar ixrac olunub.

Tezadlar.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə idxal edilən məhsulun dəyəri 68 %, həcmi isə 45 % artıb.

Hesabat dövründə bitki və heyvan mənşəli piylər və yağların ixracına çəkilən xərc Azərbaycanın ümumi ixrac xərclərinin 0,1 %-ni təşkil edib.

Yanvar-mart aylarında Azərbaycan 44 milyon 97 min ABŞ dolları dəyərində 28 min 35 ton bitki və heyvan mənşəli piylər və yağlar idxal edib.

Bu isə, ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyər baxımından 2,27 milyon (5,4 %), həcm baxımından isə 1 275 ton (4,7 %) çoxdur.

Hesabat dövründə bitki və heyvan mənşəli piylər və yağların idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 1,1 %-ni təşkil edib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!