22 Aprel 2026 / 14:35

İran biri İsraillə əlaqəli olan iki xarici gəmi ələ keçirib

İran İnqilab Keşikçiləri Korpusu biri İsraillə əlaqəli olan və “dəniz təhlükəsizliyini təhlükə altına alan” iki xarici gəminin ələ keçirilərək İran sahillərinə yönəldildiyini açıqlayıb.

Tezadlar.az xəbər verir ki, İnqilab Keşikçiləri Korpusu Dəniz Qüvvələri Komandanlığının yazılı açıqlamasında iki gəminin, “MSC-Francesca” və “Epaminodes”in “lazımi icazələr olmadan fəaliyyət göstərərək və naviqasiya sistemlərini manipulyasiya edərək dəniz təhlükəsizliyini təhlükəyə atdığı” üçün ələ keçirildiyi bildirilib.

Açıqlamada “MSC-Francesca”nın “İsraillə əlaqəli” olduğu müəyyən edilib.

Hər iki gəminin ələ keçirildiyi və İran sahillərinə yönəldildiyi bildirilsə də, müdaxilənin dəqiq yeri göstərilməyib.

Açıqlamada Hörmüz boğazının təhlükəsizliyinin pozulmasının İran üçün “qırmızı xətt” olduğu vurğulanıb.

İrana “dəniz blokadası” tətbiq edən ABŞ əvvəllər iki İran ticarət gəmisinə hücum edərək ələ keçirmişdi. İran rəsmiləri hücumlara qarşı cavab tədbirləri görəcəklərini və bunu “piratçılıq aktları” adlandırdıqlarını açıqlamışdılar.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!