22 Aprel 2026 / 15:23

Birinci rübdə dövlət büdcəsində profisit yaranıb – gəlirləri isə…

2026-cı ilin birinci rübündə dövlət büdcəsinin gəlirləri 9598,6 milyon manat, xərcləri 7817,1 milyon manat olub, 1781,5 milyon manat məbləğində dövlət büdcəsinin artıqlığı (profisit) yaranıb.

Tezadlar.az  xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin 2026-cı ilin I rübü üzrə icmal və dövlət büdcələrinin icrasına (operativ) dair məlumatında deyilir.

Qrafik ..jpg

Qeyd edilir ki, 2026-cı ilin I rübü üzrə dövlət büdcəsinin gəlirləri 9140,1 milyon manat proqnoza qarşı 9598,6 milyon manat və yaxud 458,5 milyon manat (5,0 faiz) çox icra edilib. Bu cari ilin dövlət büdcəsinin illik proqnozlaşdırılan gəlirlərinin 24,9 faizinə bərabərdir.

Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert nəzərə alınmadan dövlət büdcəsinin gəlirləri 7,7 faiz çox icra edilməklə 6388,6 milyon manat təşkil edib.

Qrafik ..jpg

Dövlət büdcəsinin gəlirlərinin 4702,0 milyon manatı və ya 49,0 faizi vergi orqanlarının xətti ilə daxilolmaların, 3210,0 milyon manatı və ya 33,4 faizi Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin, 1410,1 milyon manatı və ya 14,7 faizi gömrük orqanlarının xətti ilə daxilolmaların, 163,5 milyon manatı və ya 1,7 faizi dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmaların, 13,8 milyon manatı və ya 0,1 faizi dövlət əmlakının icarəyə verilməsindən daxilolmaların, 99,2 milyon manatı və ya 1,1 faizi sair daxilolmaların payına düşür.

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!