Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) və Latviya Ticarət və Sənaye Palatası (LTRK) Əməkdaşlıq haqqında Memorandum imzalayıblar.
Bu barədə Tezadlar.az Latviya Prezidenti Edqars Rinkeviçsin mətbuat xidmətinə istinadən xəbər verir.
Sənəd bu gün Bakıda keçirilmiş Azərbaycan-Latviya biznes forumu çərçivəsində imzalanıb. Forum zamanı onun yeni tərəfdaşlıqların qurulması və konkret birgə layihələrin təşviqi üçün səmərəli platforma kimi əhəmiyyəti vurğulanıb.
Latviya Prezidenti ölkəsinin Azərbaycanla kənd təsərrüfatı sahəsində əməkdaşlığın fəallaşdırılmasında, eləcə də kənd təsərrüfatı təhsili sahəsində təcrübə mübadiləsinin gücləndirilməsində, məsələn, kənd təsərrüfatında pilotsuz uçuş aparatlarından və digər innovativ texnologiyalardan istifadə olunmasında maraqlı olduğunu vurğulayıb.
Məlumata görə, Rinkeviçs çərşənbə günü Azərbaycan Prezidenti İlham Əliyevlə danışıqlarda biznes forumun hər iki ölkənin sahibkarları arasında gələcək əməkdaşlığa töhfə verəcəyini qeyd edib.
“Bizim informasiya və kommunikasiya texnologiyaları, kənd təsərrüfatı, nəqliyyat və logistika, meşə təsərrüfatı, əczaçılıq, ekoloji təmiz texnologiyalar sahələrində əməkdaşlıq potensialımız var. Həmçinin iki ölkə arasında ticarət əlaqələrinin gücləndirilməsində maraqlıyıq. Latviya Azərbaycan ixracının Avropa İttifaqına və xüsusən də Şimali Avropa bazarlarına çıxarılmasını dəstəkləyən mühüm məntəqəyə çevrilə bilər”, – Latviya Prezidenti vurğulayıb.