Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Avropa Birliyi İtaliyanın Baş naziri Corcio Meloniyə dövlət xərclərini azaltmaq tələbi irəli sürüb.
Tezadlar.az xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.
Qeyd olunur ki, bu, ölkənin artan büdcə kəsiri səbəbindən baş verib və bu kəsir Avropa Birliyi tərəfindən müəyyən edilmiş həddi aşıb. Eurostat-ın məlumatına görə, bu kəsir 2025-ci ildə 3,1%-ə çatacaq, halbuki həddi 3% olaraq müəyyən edilib.
Avropa Birliyi İtaliyanın maliyyə siyasətini sərtləşdirməli olduğunu bildirib. Bu şəraitdə ölkə hakimiyyəti qarşıdan gələn seçkilərdən əvvəl mövqelərini gücləndirmək üçün büdcə tədbirlərindən istifadə etmək imkanını itirə bilər.
E.ŞİRİNOV